Azərbaycan, Türkiyə və Gürcüstan birgə hərbi təlimlər keçirəcək

Azərbaycan, Türkiyə və Gürcüstan birgə hərbi təlimlər keçirəcək
  22 May 2017    Oxunub:2003
Gürcüstan, Türkiyə və Azərbaycan cari ilin iyun və sentyabr aylarında birgə təlimlər keçirməyi planlaşdırır.AzVision.az “Novosti-Qruziya”ya istinadən xəbər verir ki, bunu Gürcüstanın müdafiə naziri Levan İzoria azərbaycanlı həmkarı Zakir Həsənovla görüşündən sonra deyib.
“Əməkdaşlığın dinamikası çox pozitivdir və inkişaf edir. Bu il biz birgə təlimlər keçirəcəyik. Hardasa iki həftə sonra hər üç ölkənin xüsusi əməliyyat qüvvələri birgə təlimlər keçirəcək. Sentyabrda qərargah kompüter təlimləri isə Gürcüstanda keçiriləcək”.

Nazir əlavə edib ki, bu planları müzakirə etmək üçün mayın 23-də Türkiyənin müdafiə naziri Fikri İşığın da qatılacağı üçtərəfli görüş keçiriləcək.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Gürcüstan   Türkiyə   Azərbaycan   Təlim  





Xəbər lenti