Bakıda iki qardaş yanaraq öldü - Yenilənib

Bakıda iki qardaş yanaraq öldü - Yenilənib
  22 May 2017    Oxunub:1746
Binəqədidə 2 nəfərin ölümü ilə nəticələnən yanğın baş verib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində vətəndaşa məxsus 1 otaqlı mənzilin yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən mənzildən 2 nəfərin yanmış meyiti aşkar olunub, 2 nəfər təhlükəsiz əraziyə təxliyyə edilib.

Digər mənzillər yanğından mühafizə olunub. Yanğın saat 17:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Əlavə məlumat veriləcək.

***
Bakıda yaşayış binasında yanğın olub.

AzVision.az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Ziya Bünyadov prospekti 11 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsindəki mənzildə meydana gələn yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın nəticəsində Çeykullayev Aleksandr Petroviç (52 yaş) və Çeykullayev Anatoli Petroviç (54 yaş) yanaraq ölüb.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti