Nazirin qəbul vaxtı dəyişdi

Nazirin qəbul vaxtı dəyişdi
  22 May 2017    Oxunub:1113
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 23 may 2017-ci il tarixində Beyləqan şəhərində, Gənclər Mərkəzinin binasında saat 11.00-dan keçirilməsi planlaşdırılan vətəndaşların qəbulu mayın 24-də keçiriləcəkdir.
AzVision.az-ın nazirliyin saytına istinadən məlumatına görə, qəbulda yalnız Beyləqan, Ağcabədi, Füzuli, Xocavənd rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaqdır. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

AzVision.az


Teqlər: FHN  





Xəbər lenti