Qasırğanın İsmayıllıya vurduğu ziyan açıqlandı

Qasırğanın İsmayıllıya vurduğu ziyan açıqlandı
  22 May 2017    Oxunub:1211
Ötən gün saat 17:00 radələrindən başlayaraq İsmayıllı şəhərinin ərazisində güclü yağış və dolu ilə müşayət olunan qasırğa hadisəsi baş verib.
İcra hakimiyyətindən AzVision.az-a verilən məlumata görə, qasırğa nəticəsində şəhərin elektrik, rabitə və qaz təsərrüfatına ciddi zərər dəyib. Belə ki, 20-dən çox yerdə çoxillik ağacların elektrik xətlərinin üzərinə aşması nəticəsində 10 kv-luq və 10 yerdə 0.4 kv.luq hava xətləri sıradan çıxıb, kənd təsərrüfatına və əkin sahələrinə xeyli ziyan dəyib.

Şəhərin ərazisində İsmayıllı şəhər 6 saylı tam orta məktəbinin, İsmayıllı Şəhər Bələdiyyəsinin, 8 ümümi yaşayış binalarının və 10-a yaxın sahibkarlıq obyektinin dam örtüklərinə ağac aşması və güclü küləyin təsiri ilə ciddi ziyan dəyib. 1 avtomobilin üzərinə ağac aşıb.

Təbbi fəlakətin vurduğu ziyanla bağlı rayon Fövqəladə Hallar Komissiyasına 30-dan çox vətəndaş müraciət edib.

Təbbi fəlakətin rayon ərazisində elektrik, rabitə, su, qaz və kənd təsərrüfatına həmçinin vətəndaşlara vurduğu zərərin miqdarı hesablanır.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: İsmayıllı   Qasırğa  





Xəbər lenti