Gürcüstan Ermənistanın təklifini rədd etdi

Gürcüstan Ermənistanın təklifini rədd etdi
  22 May 2017    Oxunub:1938
"İqla" işi üzrə Gürcüstanda saxlanılan Ermənistan vətəndaşı 1977-ci il təvəllüdlü A. Robert hələ də ölkəsinə təhvil verməyib.
AzVision.az xəbər verir ki, bu barədə Tert.am-a Ermənistan Prokurorluğun ictimai əlaqələr şöbəsindən bildirilib.

"Pokurorluq tərəfindən tələb var, lakin Gürcüstan tərəfindən hələ də cavab verilməyib".

Qeyd edək ki, Ermənistan Respublikasının Baş Prokurorluğu "İqla" işi üzrə saxlanılan Ermənistan vətəndaşının təhvil verilməsi barədə Gurcüstanın Baş Prokurorluğuna tələb göndərib.

Xatırladaq ki, "İqla" işi üzrə Samvel Babayan, onun döyüş yoldaşı Sanasar Qabrelyan və adı Ermənistan təhlükəsizlik xidməti tərəfindən gizli saxlanılan daha bir nəfər həbs edilib.

Rəziyə Arslan
AzVision.az


Teqlər: Ermənistan   Gürcüstan  





Xəbər lenti