Nazirliklə Fond əməkdaşlıq edəcək
Qrant müsabiqəsi Azərbaycan Respublikasında təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental, tətbiqi və innovasiya xarakterli elmi-tədqiqat proqram və layihələrini və digər elmi tədbirləri dəstəkləmək, aktual və müasir elmi problemlərin həlli ilə məşğul olan gənc alimlərin fəaliyyətini stimullaşdırmaq, həmçinin ölkənin sosial-mənəvi, elmi-texniki və iqtisadi inkişafı üçün xüsusi əhəmiyyət kəsb edən regional və beynəlxalq səviyyəli konfrans, simpozium və başqa elmi tədbirlərin təşkili və keçirilməsi kimi xüsusi layihələri kiçik və orta həcmli qrantlar vasitəsilə maliyyələşdirmək məqsədi ilə keçirilir.
EİF tərəfindən gənc alim və mütəxəssislər üçün keçirilmiş 3 qrant müsabiqəsi çərçivəsində 72 layihə dəstəklənib, tədqiqatların həyata keçirilməsi üçün 1,470 mln manat vəsait ayrılıb. İmzalanmış Protokol növbəti – 4-cü müsabiqənin keçirilməsində Cənclər və İdman Nazirliyinin də payçı qismində iştirakını müəyyən edəcək.
Tərəflər müsabiqənin keçirilməsinə maliyyə və təşkilati dəstək göstərəcək, qalib qrant layihələrinin rəhbərləri ilə təqdimat xarakterli görüşlər təşkil edəcək, yerinə yetirilən qrant layihələrinin vaxtaşırı monitorinqində və qiymətləndirilməsində iştirak edəcək, birgə qrant müsabiqəsi ilə bağlı məlumatları müntəzəm olaraq internet səhifələrində və KİV-də işıqlandıracaq.
AzVision.az