Zakir Həsənov Gürcüstanda baş nazirlə görüşdü

Zakir Həsənov Gürcüstanda baş nazirlə görüşdü
  22 May 2017    Oxunub:1302
Gürcüstanda rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov mayın 22-də bu ölkənin Baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb.
AzVision.az xəbər verir ki, görüşdə müdafiə sahəsində hərbi əməkdaşlığın möhkəmləndirilməsi və hərbi sahədə təcrübə mübadiləsi məsələləri diqqət mərkəzində olub.

Tərəflər Azərbaycan-Gürcüstan-Türkiyə arasında üçtərəfli əməkdaşlığın formatı, habelə strateji nəqliyyat strukturlarının müdafiəsi məsələsini də müzakirə ediblər. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər: Azərbaycan   Zakir-Həsənov  





Xəbər lenti