"Azərbaycan bizim çox vacib və etibarlı tərəfdaşdır" - Avropalı diplomat

"Azərbaycan bizim çox vacib və etibarlı tərəfdaşdır" - Avropalı diplomat
  22 May 2017    Oxunub:1113
“Avropa parlamenti Azərbaycanın üzləşdiyi problemlə bağlı dərin narahatlıq keçirir” .
AzVision.az-ın məlumatına görə, bunu Bakıda səfərdə olan Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri, Avropa Xalq Partiyasının Almaniyadan olan deputatı Devid MakAlister bildirib.

Onun sözlərinə görə, Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini daim dəstəkləyir və əməkdaşlıqda buna ən yüksək qiyməti verir: “Azərbaycan Avropa dəyələrinə tam tələb verən ölkə ola, İslam dünyası ilə münasibətlərdə körpü rolunu oynaya bilər. Biz buna ümid edirik”.

Avropalı diplomat əlavə edib ki, Azərbaycan Avropa Parlamenti üçün çox vacib və etibarlı bir tərəfdaşdır. O, həmçinin əlavə edib ki, Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa səfər etmək AP nümayəndələrinin öz təşəbbüsüdür:

“Yəni, səfər Avropa Parlamentinin adından olmayıb, onlar Avropa Parlamentinin adından çıxış etməyib, bəyanat verməyiblər. Bilirsiniz ki, Avropa Parlamenti Dağlıq Qarabağda fevralın 20-də keçirilən referendumu tanımayıb. Eyni zamanda deməliyəm ki, bizdə ifadə azadlığı ciddi önəm daşıyır. Hər kəs öz müstəqil fikrini və addımını ifadə edə bilər. Bu baxımdan, o parlamentarilərin şəxsi səfərlərinə qarışa bilmərik”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Avropa-parlamenti   Azərbaycan  





Xəbər lenti