Alparslan Çelikə 5 il həbs cəzası verilib

Alparslan Çelikə 5 il həbs cəzası verilib
  22 May 2017    Oxunub:1207
Türkiyə-Suriya sərhədində vurulan rus qırıcısının pilotunu öldürməkdə şübhəli bilinən Alparslan Çelik həbs edilib.
AzVision.az xəbər verir ki, bu barədə “Ria Novosti”yə Çelikin vəkili Murad Üstündağ bildirib. Onun sözlərinə görə, Alparslan Çelik Türkiyədə qanunsuz silah saxlanması maddəsi ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.

“Məhkəmə Rusiya hərbi təyyarəsinin pilotunun öldürülməsi ilə bağlı işə baxmayıb. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Türkiyə   Suriya  





Xəbər lenti