Cavid Osmanovun kitabı oxundu

Cavid Osmanovun kitabı oxundu
  22 May 2017    Oxunub:7586
Dünən Bakının andeqraund kafelərinin birində keçmiş tele-radio aparıcı Cavid Osmanov özünün “MediaMən” adlı romanının rəsmi oxunuşunu keçirib.
Cavid tədbir iştirakçılarına romanından seçmə fəsilləri oxumaqla, onları kitaba daha da yaxınlaşdırdığını bildirib. “Mənə elə gəlir ki, romanı müəllifin dilindən eşitmək çöx möhtəşəmdir. Mən şəxsən çox əyləndim”, - deyə o, bildirib.

Oxunuşa qatılan rəssam Nadir Şah Cavidə onun portretini hədiyyə edib.

Xatırladaq ki, Cavid Osmanov mayın 4-ü “MediaMən” romanının təqdimatını çox səsli-küylü etmişdi. Belə ki, onun təqdimata xalatda qatılması mediada və sosial şəbəkələrdə müxtəlif reaksiyalara səbəb olmuşdu.



Teqlər: #Kitab   #Mediamən  





Xəbər lenti