Üç idmançımız finalda məğlub oldu

Üç idmançımız finalda məğlub oldu
  22 May 2017    Oxunub:1896
Bu gün Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Uşu yarışları keçirilib.
AzVision.az-ın məlumatına görə, Azərbaycan idmançısı Elçin Eminov (56 kq) finalda İran təmsilçisi Mahdi Mohammadi ilə qarşılaşıb. Rəqibinə məğlub olan Elçin gümüş medalla kifayətlənib.

Bayram Şəmmədov (65 kq) da həlledici final görüşündə iranlı Foroud Zafari ilə qarşılaşıb. Burada da İran idmançısı qalib gəlib.

Vüqar Kərəmov (70 kq) finalda iranlı Saeid Fazeliyə məğlub olaraq gümüş medal qazanıb.

AzVision.az


Teqlər: Uşu   İslamiada  





Xəbər lenti