Bu gün metro gecə 2-yə kimi işləyəcək

Bu gün metro gecə 2-yə kimi işləyəcək
  22 May 2017    Oxunub:2052
IV İslam Oyunlarının bağlanış mərasimi ilə əlaqədar "Bakı Metropoliteni" QSC-də xüsusi hazırlıq tədbirləri görülüb.
Bunu AzVision.az-a qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, açılış mərasimində olduğu kimi bu gün də Bakı metrosu saat 2-ə kimi işləyəcək: "Açılışda ehtiyac olduğu üçün 02:40-a qədər işlədik. Əgər bu gün də ehtiyac olacaqsa, saat artırıla bilər".

Qeyd edək ki, bu gün "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları yekunlaşır. Saat 20:00-da Bakı Olimpiya Stadionunda Oyunların rəsmi bağlanış mərasimi baş tutacaq.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Metro   İslamiada  





Xəbər lenti