Bakıda 5 qızıl qazandı, Almaniyada 11-ci oldu

Bakıda 5 qızıl qazandı, Almaniyada 11-ci oldu
  22 May 2017    Oxunub:10805
Azərbaycanın güllə atıcısı Ruslan Lunyov Almaniyanın Münhen şəhərində keçirilən yarışda ilk çıxışını başa vurub.
AzVision.az-ın məlumatına görə, Lunyov ilk olaraq 25 metrdən hədəfə sürətli atəş açmaqda qüvvəsini sınayıb. Atıcımız təsnifat mərhələlərində 60 snayper arasında 11-ci pilləni tutub. Təmsilçimiz final mərhələsinə yüksələ bilməyib.

Bu gün Lunyov 10 metrdən pnevmatik tapança ilə atəş açmaq yarışında özünü sınayacaq.

Yarış mayın 24-dək davam edəcək.

Qeyd edək ki, Lunyov Bakıda keçirilən IV İslam Həmrəyliyi oyunlarında güllə atıcılığı yarışlarında 5 qızıl medal qazanıb.

AzVision.az


Teqlər: Lunyov   Atıcı  





Xəbər lenti