Gədəbəydə 8 otaqlı ev yanıb

Gədəbəydə 8 otaqlı ev yanıb
  22 May 2017    Oxunub:1067
Gədəbəy rayonunda yanğın hadisəsi baş verib.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, rayonun Zəhmətkənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 144 m2 olan ikimərtəbəli 8 otaqlı evin çardağı 15 m2 sahədə və bitişik ümumi sahəsi 18 m2 olan tövlənin dam örtüyü 10 m2 sahədə yanıb.

Tövlənin və evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın   Gədəbəy  





Xəbər lenti