Yüksək vəzifəli məmur intihar edib

Yüksək vəzifəli məmur intihar edib
  22 May 2017    Oxunub:7656
Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini Batır Yereşov 52 yaşında ölüb.
AzVision.az-ın “Xronika Türkmənistana”ya istinadən verdiyi xəbərə görə, araşdırma zamanı məlum olub ki, vitse-prezident özünü asaraq intihar edib.

Qeyd edək ki, Batır Yereşov Türkmənistanda sənaye sahəsinə nəzarət edib. Ehtimal olunur ki, onun adı Türkmənistanda korrupsiya ilə bağlı başlanan cinayət işlərindən birində hallanır. Oğlu isə aprelin sonlarında həbs olunub.

Yereşov Buxara vilayətində ailə qəbiristanlığında dəfn olunub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Türkmənistan   İntihar  





Xəbər lenti