Bu gün bu yollar bağlı olacaq - (VİDEO)

Bu gün bu yollar bağlı olacaq - (VİDEO)
  22 May 2017    Oxunub:4138
Bu gün IV İslam Həmrəyliyi Oyunlarının Bağlanış Günü ilə əlaqədar Bakının bəzi yollarında nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq.
AzVision.az-ın məlumatına görə, bu gün Heydər Əliyev prospektinin "Excelsior" otelinin qarşısındakı yol qovşağından Sabunçu dairəsinədək olan hissəsi və Neftçilər prospektinin "Azneft" meydanından Yusif Səfərov küçəsinə qədər olan hissəsi günorta saatlarından sonra ümumi yol hərəkəti üçün bağlı olacaq.

Bağlanış mərasimini izləmək üçün tamaşaçılar Bakı Olimpiya Stadionuna metro və BNA-nın müəyyən etdiyi ekspress xətt avtobuslar vasitəsilə gedə bilər. Eyni zamanda, tamaşaçılar (saat 17.00-dan 20.00-dək) 3 ekspress xətt üzrə seçilən istiqamətlərdən - metronun “20 Yanvar”, “Gənclik” və “Qara Qarayev” stansiyalarından Bakı Olimpiya Stadionuna çatdırılacaq. Mərasimdən sonra isə stadiondan evə gedən tamaşaçılar eyni şəraitdə daşınacaq.



AzVision.az


Teqlər: DYP   Yollar  





Xəbər lenti