Qəbələ-İsmayıllı yolu açıldı

Qəbələ-İsmayıllı yolu açıldı
  22 May 2017    Oxunub:1569
Bu gün güclü külək nəticəsində Qəbələ-İsmayıllı avtomobil yolunun Qəbələ rayon Vəndam qəsəbəsi və İsmayıllı rayon Topçu kəndi ərazilərindən keçən hissəsində iri gövdəli ağacların aşması nəticəsində avtomobil yolu bağlanıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Şimal-qərb Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq müvafiq tədbirlər görülüb və nəqliyyatın hərəkəti bərpa edilib.

Əməliyyat saat 18:42-də başa çatıb.

AzVision.az


Teqlər: FHN  





Xəbər lenti