Qadın basketbolçularımız çempion oldu

Qadın basketbolçularımız çempion oldu
  22 May 2017    Oxunub:2468
IV İslam Həmrəyliyi Oyunlarında qadınlar arasında basketbol 3x3 yarışının final görüşündə qalib gələn Azərbaycan idmançıları İslamiadanın çempionu olublar.
Milli komandamız həlledici qarşılaşmada Mali yığmasını 13:7 hesabı ilə məğlub edərək qızıl medala sahib olub.

Üçüncü yer uğrunda görüşdə isə Türkiyə yığması Türkmənistan millisinə 13:9 hesabı ilə qalib gəlib.

Beləliklə, yarışda Azərbaycan millisi birinci, Mali yığması ikinci, Türkiyə komandası isə üçüncü yeri tutublar.

AzVision.az


Teqlər: İslamiada  





Xəbər lenti