Ərdoğan AKP-nin sədri seçildi - Yenilənib

Ərdoğan AKP-nin sədri seçildi - Yenilənib
  21 May 2017    Oxunub:1961
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qurucusu olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) növbədənkənar qurultayında partiyanın sədri seçilib.
Keçirilən gizli səsvermədə prezident Ərdoğanın namizədliyini 1414 nümayəndə dəstəkləyib.

***
Ankarada hakim Ədalət və İnkişaf Partiyasının (AKP) üçüncü növbədənkənar qurultayı keçirilir.

AzVision.az xəbər verir ki, “Dönüş qurultayı” Türkiyə vaxtı ilə saat 10.00-da başlayıb.

Hazırda davam edən növbədənkənar qurultayda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 998 gündən sonra yenidən AKP-nin sədri seçiləcək.

Ərdoğan 1370 nəfərim imzası ilə AKP sədrliyinə tək namizəddir.

Qeyd edək ki, konstitusiya dəyişikliyindən əvvəl Türkiyədə prezidentliyə namizədlərin partiya üzvü olması qadağan idi. Bu səbəbdən Rəcəb Tayyib Ərdoğan qurucusu olduğu AKP-dən ayrılmalı olmuşdu.

AzVision.az qurultayı canlı yayımla təqdim edir:




Teqlər: AKP   Ərdoğan  





Xəbər lenti