Zorxana yarışlarında qızıl medal qazandıq

Zorxana yarışlarında qızıl medal qazandıq
  21 May 2017    Oxunub:2858
Azərbaycan idmançısı Rüfət Gülalıyev IV İslam Həmrəyliyi Oyunlarının zorxana yarışlarında kişilər arasında səngi növü üzrə mübarizədə qızıl medal qazanıb.
Yarışların ikinci gününün birinci yarısında idmançılar səngi, milbazi və çərxi-tiz fərdi növləri üzrə məharətlərini nümayiş etdiriblər.

Hakimlərin qərarına əsasən, zorxana yarışlarının səngi növü üzrə qızıl medala Azərbaycan idmançısı Rüfət Gülalıyev layiq görülüb.

Gümüş medala iranlı Mobin Zibalağa, bürünc medallara isə əfqanıstanlı Hakimulla Bigzadə və tacikistanlı Novruz Arabov sahib olublar.

Qalib idmançılara medalları İslam Həmrəyliyi İdman Federasiyasının icraiyyə komitəsinin üzvü Salim Musoke təqdim edib.

AzVision.az


Teqlər: İslamiada  





Xəbər lenti