Prezident və xanımı qalibləri mükafatlandırdı - FOTOLAR

Prezident və xanımı qalibləri mükafatlandırdı - FOTOLAR
  21 May 2017    Oxunub:1835
Mayın 20-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının sərbəst güləş yarışlarına yekun vurulub.
Heydər Əliyev adına İdman Arenasında keçirilən yarışların sonuncu – ikinci günündə sərbəst güləşçilərimiz 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri final qarşılaşmalarına baxıblar.

Gün ərzində sərbəst güləşçilər dörd çəki dərəcəsində medallar uğrunda mübarizə aparıblar.

Xalça üzərinə 61 kiloqram çəki dərəcəsində çıxan ikiqat dünya çempionu, Rio Olimpiadasının bürünc mükafatçısı Hacı Əliyev həlledici görüşdə qırğızıstanlı Alibek Osmonov üzərində təmiz qələbə qazanaraq IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub. Bu çəki dərəcəsində bürünc medallara İran idmançısı Məsud İsmayılpurcuybari və pakistanlı Abdul Vahab layiq görülüblər.

Qalib idmançılara medalları dövlətimizin başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev təqdim edib.

Çempion pəhləvanımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.


AzVision.az

Qalereya




Teqlər: İlham-Əliyev   Mehriban-Əliyeva   İslamiada  





Xəbər lenti