Ermənistanda kəndli qiyamı - İrəvan yolu bağlandı

Ermənistanda kəndli qiyamı - İrəvan yolu bağlandı
  20 May 2017    Oxunub:21677
Ermənistanın Armavir vilayətinin sakinləri Üçmüədzin-İrəvan yolunu bağlayaraq etiraz aksiyası keçirib. AzVision.az News.az-a istinadən xəbər verir ki, sakinlər kənd təsərrüfatı məhsullarının qiymətinin ucuzlaşmasına etiraz ediblər.
Kən sakini Edqar Ohanyan etirazçıların baş nazirdən problemlərinin həll olunmasını tələb etdiyini və məsələnin həll edilənə kimi yolu bağlı saxlayacaqlarını deyib.

Qeyd edək ki, Ermənistanda kəndlilərin etiraz edərək magistral yolları bağlaması ənənəvi hal alıb. Etirazların rayon mərkəzində keçirilməsi planlaşdırılır.

Şahin Qocayev
AzVision.az



Teqlər: Ermənistan   Etiraz  





Xəbər lenti