Komitə pomidor məsələsinə aydınlıq gətirdi
Qurum bəyan edib ki, məlumat həqiqəti əks etdirmir: "Gömrük sərhədindən keçən avtomobillərin beynəlxalq yükdaşımalara dair norma və qaydalara riayət etmələrinə ciddi nəzarət olunur və buna görə də Rusiyaya pomidor aparan avtomobillərim sərhədkeçmə prosesində hər hansı problem yoxdur. Son 2 gündə Rusiya ilə sərhəddi 85 yük avtomobili və 49 vaqon pomidor heç bir maneə olmadan keçib. İki ölkənin qarşlıqlı gömrük-keçid məntəqələrində yaranan hər hansı problem gömrük xidmətləri rəhbərləri arasında aparılan danışıqlar vasitəsilə operativ şəkildə öz həllini tapır".
AzVision.az