İlham Əliyev ailəsi ilə güləş yarışlarını izlədi - FOTOLAR

İlham Əliyev ailəsi ilə güləş yarışlarını izlədi - FOTOLAR
  20 May 2017    Oxunub:2328
Mayın 18-də IV İslam Həmrəyliyi Oyunlarında yunan-Roma güləşi üzrə yarışlara yekun vurulub. Azərbaycan pəhləvanları Oyunları 4 qızıl, 1 gümüş və 3 bürünc medalla başa çatdırıblar.
Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və ailə üzvləri yarışların final görüşlərinə baxıblar.

Heydər Əliyev adına İdman Arenasında keçirilən yunan-Roma güləşi yarışlarının ikinci günündə dörd çəki dərəcəsində qaliblər müəyyənləşib.

Güləşçimiz Kamran Məmmədov (66 kq) finalda Qırğızıstan idmançısı Janat Kilibayev ilə qarşılaşıb. Görüş vaxtından əvvəl 9:0 hesabı ilə Azərbaycan pəhləvanının xeyrinə başa çatıb. Bu çəki dərəcəsində bürünc medallara türkiyəli Abdulsamet Günal və iranlı Mehdi Zeidvand sahib olublar.

Qalib idmançılara medalları dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev təqdim edib.

Çempion idmançımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.











AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   İslamiada   Güləş  





Xəbər lenti