Masallıda 5 ev yanıb

21:05   19 May 2017    Oxunub: 609

Masallı şəhərində 5 vətəndaşa məxsus ev yanıb.

AzVision.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 770 kvadratmetr olan, bir çardaq altında tikilmiş fərdi yaşayış evlərinin yanar konstruksiyaları və əşyaları 325 kvadratmetr sahədə, dam örtüyü 90 kvadratmetr sahədə yanıb.

Evlərin qalan hissələri yanğından mühafizə olunub. Yanğın saat 17:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az

Teqlər: Masallı   FHN   Yanğın    




Rubrikanın digər yazıları