Avropalı Jurnalistlər Assosiyasiyası Sülh Platformasına qoşulub
Görüş zamanı A.Fişenk Sülh Platformasının ilə yaxından tanış olub. O, sonra Sülh Platformasının ideyalarını tam dəstəklədiyini bildirərək, “Ermənistan-Azərbaycan Sülh Platforması”na dəstək aktını imzalayıb və bu barədə bəyanat verib.
Bəyanatda deyilir: "Mənim fikrimcə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli, yeganə düz yoldur. Azərbaycan və Ermənistan Respublikalarının ərazi bütövlüyü və suverenliyinə, və hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstəyimi ifadə edirəm. Həmçinin BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin, digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrasının çox vacib olduğunu vurğulayıram. Eləcə də münaqişənin sülh yolu ilə həllində ATƏT-in Minsk qrupunun fəaliyyətinin vacibliyini qeyd etmək istəyirəm. Ermənilər və azərbaycanlılar, əsrlər boyu sülh içində yaşayıblar. Böyük təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, münaqişənin həll olunmaması nəticəsində bu iki xalqın bir-biri haqqında təsəvvürləri yalnız müharibə kontekstində formalaşıb. İnsanların sülh şəkildə birgə yaşayışı və uzun müddət davam edən münaqişənin sülh yolu ilə həlli ideyasını tam dəstəkləyirəm. Yuxarıda qeyd etdiyim səbəblərə görə, bu təşəbbüsə öz dəstəyimi ifadə edərək, əsas məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək olan "Ermənistan-Azərbaycan Sülh Platforması"na qoşulmağımı bəyan edirəm.”
AzVision.az
Teqlər: Sülh-Platforması Qarabağ