Azay Quliyev seçiciləri ilə görüşüb

18:34   19 May 2017    Oxunub: 301

Bu gün Milli Məclisin deputatı Azay Quliyev YAP Binəqədi rayon təşkilatının binasında seçiciləri ilə növbəti görüşünü keçirib.

AzVision.az xəbər verir ki, Azay Quliyev seçicilərinin ünvanlı sosial yardım, məşğulluq, hüquq, əfv, mənzil-kommunal məsələləri ilə bağlı müraciətlərini dinləyib.

A.Quliyev bildirib ki, hər ay keçirilən görüşlərdən dərhal sonra seçicilərin qaldırdığı məsələlərin həlli edilməsi üçün konkret addımlar atılır. Deputat bu görüşdə də irəli sürülən məsələlərin araşdırılaraq aradan qaldırılması üçün müvafiq qərarlar qəbul edib.

AzVision.az

Teqlər: Azay-Quliyev    




Rubrikanın digər yazıları