İpəkçiliyin inkişafına 4,5 milyon ayrıldı - Sərəncam

18:21   19 May 2017    Oxunub: 432

Azərbaycan prezidenti İlham Əliyev ölkədə ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

AzVision.az-ın məlumatına görə, Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqlarla təchiz olunması üçün Prezidentin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 4,5 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
Sosial səhifələrdə paylaş

AzVision.az

Teqlər: İlham-Əliyev    




Rubrikanın digər yazıları