ÜAK-la bağlı daha bir bəyanat

ÜAK-la bağlı daha bir bəyanat
  19 May 2017    Oxunub:1442
Belarusdakı Azərbaycan İcmaları Konqresi Rusiya Prezidentinin Administrasiyasına, Ədliyyə Nazirliyinə və Ali Məhkəməsinə bəyanat ünvanlayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzVision.az-a bildiriblər ki, “Azərbaycan İcmaları Konqresi” Beynəlxalq İctimai Birliyi Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğvi barədə qərarla əlaqədar dərin narahatlığını ifadə edib.

Bəyanatda bildirilir: “Bizim üçün sirr deyil ki, bütün bu təxribat xarakterli fəaliyyətin arxasında Rusiya ilə Azərbaycan arasındakı dostluq münasibətlərinə xələl gətirən insanlar və təşkilatlar dayanır. Azərbaycan İcmaları Konqresi uzun illərdir ÜAK ilə əməkdaşlıq edir. On ildən artıqdır fəaliyyət göstərən təşkilat ikitərəfli əlaqələrin möhkəmləndirilməsi işində özünəməxsus körpü rolunu oynayır”.

Bəyanatda, həmçinin vurğulanır ki, ÜAK öz fəaliyyətini hər zaman Rusiya Federasiyası qanunvericiliyi çərçivəsində qurub. Öz fəaliyyəti çərçivəsində ictimaiyyəti doğma Vətənin milli, mədəni və mənəvi dəyərləri ilə yaxından tanış edib.

“Biz, Belarus azərbaycanlıları respublikamızın müxtəlif diaspor nümayəndələri ilə birgə rus diasporu ilə dostluq münasibətləri saxlayır və birlikdə çoxsaylı aksiyalar həyata keçiririk. Heç bir şey bizim qardaşlıq münasibətlərimizə təsir edə bilməz”, – deyə bəyanatda qeyd edilir.

AzVision.az


Teqlər: ÜAK  





Xəbər lenti