Culian Assanjın işi üzrə istintaq dayandırılıb

Culian Assanjın işi üzrə istintaq dayandırılıb
  19 May 2017    Oxunub:1351
İsveç prokurorluğu Wikileaks-ın qurucusu Culian Assanjın işi üzrə yeddi ilə yaxın davam edən istintaqı dayandırıb və məhkəməyə onun həbsi barədə əvvəllər verilmiş orderin ləğv olunmasını tövsiyə edib.
"RİA Novosti" xəbər verir ki, prokuror Mariann Ny 2010-cu ildə bu ölkədə zorlamada şübhəli bilinən Culian Assanjın işi üzrə ilkin istintaqın dayandırılması barədə qərar qəbul edib.

Qeyd edək ki, Avstraliya vətəndaşı olan Assanj barədə təhqiqat 2010-cu ilin yayında, onun Stokholmda olduğu vaxt iki qadına seksual təcavüz etməsi iddiası əsasında başlamışdı. Həmin ilin dekabrında Wikileaks-ın rəhbəri İsveç hüquq mühafizə orqanlarının sorğusu üzrə Londonda həbs olunmuş, lakin bir neçə gündən sonra girov müqabilində azadlığa buraxılmışdı.

İsveçin onu ABŞ-a verəcəyindən ehtiyatlanan Assanj 2012-ci ildə siyasi sığınacaq xahişi ilə Ekvadorun hakimiyyət orqanlarına müraciət etmişdi və o vaxtdan indiyədək bu ölkənin Londondakı səfirliyində qalır.

AzVision.az


Teqlər: Culian-Assanj   Wikileaks  





Xəbər lenti