İslamiadanın 5 qat çempionu Almaniyaya getdi

15:24   19 May 2017    Oxunub: 2256

Bakıda keçirilən IV İslam Həmrəyliyi oyunlarında 5 qızıl medal qazanan güllə atıcımız Ruslan Lunyov Almaniyaya gedib.

AzVision.az xəbər verir ki, atıcımız Ruslan Lunyov Almaniyanın Münhen şəhərində keçirilən Dünya Kubokunda iştirak etmək üçün oraya gedib.

Lunyov sabah Bakı vaxtı ilə saat 15:00-da yarışa başlayacaq və ilk cəhdində 25 m məsafədən atəş açacaq.

Qeyd edək ki, bu gün start götürən yarış mayın 24-dək davam edəcək.

AzVision.az

Teqlər: Atıcı   İslamiada  




Rubrikanın digər yazıları