Ermənistanda siyasi məhbuslar xalqı üsyana çağırdı
Bəyanatda, həmçinin müstəmləkəçi hakimiyyət və onun "cəza" dəstələrinin apardığı zorakılıq bütün erməni xalqına, vətəndaşına qarşı edilən cinayət kimi pislənilib və nəticədə hakimiyyətin xalqı öz boyunduruğu altına salmaq, ölkəni mərkəzləşdirilmiş düşərgəyə çevirmək siyasətinin bütün erməni cəmiyyətinə təhlükəli stimul verəcəyi, ilk növbədə onun siyasi və intellektual səviyyəsinə kəskin zərbə vuracağı qeyd olunub.
Gələcəkdə cinayətkar polis qurumunun mütləq cəzalandırılacağını bildirən siyasi məhbuslar Ermənistan xalqını milli azadlıq mübarizəsinə, üsyana qalxmağa çağırıb.
"Biz xalqı milli azadlıq bayrağı altında toplaşmağa, ayağa qalxmağa və üsyana hazırlaşmağa çağırırıq."
Alpər Mövludoğlu
AzVision.az
Teqlər: Ermənistan Üsyan