ABŞ Azərbaycanla iqtisadi əməkdaşlığı genişləndirir

12:53   19 May 2017    Oxunub: 618

ABŞ-da Azərbaycanla biznes əlaqələrinin genişləndirilməsi imkanları müzakirə olunur.

AzVision.az xəbər verir ki, bu barədə ABŞ – Azərbaycan Ticarət Palatasının “Twitter” səhifəsində məlumat yayılıb.

Məlumata əsasən ABŞ-ın ən böyük 10 şirkətinin nümayəndəsi Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovla görüşüblər.

Tərəflər biznes əməkdaşlığın sonrakı inkişafının aspektlərini müzakirə ediblər: “Görüş kifayət qədər məhsuldar keçdi”.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: ABŞ   Azərbaycan    




Rubrikanın digər yazıları