Nazir həkim paltarında səs verdi - FOTO

Nazir həkim paltarında səs verdi - FOTO
  19 May 2017    Oxunub:2476
İranda keçirilən prezident seçkilərində ölkənin səhiyyə, müalicə və tibbi təhsil naziri Həsən Qazizadə Haşimi səsvermədə iştirak edib.
AzVision.az “İRNA”-ya istinadən xəbər verir ki, nazir Tehran xəstəxanalarının birində səs verib.

Maraqlı nüans ondan ibarətdir ki, nazir seçkiyə həkim paltarında qatılıb.



Jurnalistlərə açıqlama verən nazir bildirib ki, İran xalqı həmişə seçkidə aktiv iştirak etməklə ölkənin taleyini müəyyən edir: “Seçkilərin nəticələrinə inam İslam Respublikasının böyük uğurdur”.

Qeyd edək ki, artıq ölkə rəsmiləri və namizədlər səsvermənin başladığı ilk saatlarda səs veriblər.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: İran   Seçki  





Xəbər lenti