Azərbaycanda 828 nəfər İİV-dən ölüb - (VİDEO)

12:17   19 May 2017    Oxunub: 563

“1987-ci ildən bu günə kimi Azərbaycanda İİV-ə yoluxan insanların sayı 6293 nəfər olub. Bu ilin birinci rübünün sonuna olan statistikaya görə isə 108 nəfər İİV-ə yoluxan şəxs qeydə alınıb”.

Bunu Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru vəzifəsini icra edən Esmira Alməmmədova deyib. Onun sözlərinə görə, bu ilin üç ayında İİV-ə yoluxan 108 nəfərdən 107-si Azərbaycan vətəndaşıdır:

“İİV-ə yoluxma hallarının 46 faizini inyeksion narkotik istifadəçiləri təşkil edir. Cinsi yolla yoluxan xəstələrin sayı da artıb. İİV-ə yoluxanların 73 faizi kişilər, 27 faizi qadınlardır”.

E.Alməmmədova bildirib ki, hazırda Azərbaycanda İİV-lə yaşanların sayı 2629 nəfərdir. Bu xəstəlikdən 828 nəfər vəfat edib.



AzVision.az

Teqlər: İİV    




Rubrikanın digər yazıları