Üç güləşçimiz qızıl medal qazana bilər

Üç güləşçimiz qızıl medal qazana bilər
  19 May 2017    Oxunub:1829
Bu gün IV İslam Həmrəyliyi Oyunlarında sərbəst güləş yarışlarına start verilib.
AzVision.az xəbər verir ki, bu gün mübarizə aparan 4 güləşçimizdən 3-ü finala yüksəlib.

57 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz Mahir Əmiraslanov yarımfinalda Türkiyə güləşçisini 15:2 hesabı ilə məğlub edərək finala çıxıb.

Maqomed Müslimov (65 kq) yarımfinalda Əfqanıstan güləşçisi ilə qarşılaşıb. 40 saniyə ərzində rəqibini 10:0 hesabı ilə məğlub edən Müslimov finala yüksəlib.

Güləşçimiz Nurməhəmməd Hacıyev (97 kq) isə yarımfinal görüşündə Suriya güləşçisi ilə qarşılaşıb. Rəqibini 9:0 hesaı ilə məğlub edən Hacıyev finala vəsiqəni təmin edib.

AzVision.az


Teqlər: Güləş   İslamiada  





Xəbər lenti