Afaq Məlikova prezidentə məktub yazıb

Afaq Məlikova prezidentə məktub yazıb
  19 May 2017    Oxunub:5553
Azərbaycan Dövlət Rəqs Ansamblının bədii rəhbəri, “Şöhrət” ordenli Xalq Artisti Afaq Məlikova prezident İlham Əliyevə məktub yazıb.
AzVision.az xəbər verir ki, məktubda qeyd edilib:

-Möhtərəm cənab Prezident,

Məni “Şərəf” ordeni ilə təltif etməklə yaradıcılığıma verdiyiniz yüksək qiymətə görə Sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirmək istəyirəm. Sizin mənə göstərdiyiniz bu yüksək diqqətdən çox sevindim. Fəxr edirəm ki, böyük keçmişə malik, indiki və gələcək uğurları Sizin adınızla bağlı olan bir ölkənin vətəndaşıyam. Sizin müdrik və düşünülmüş siyasətiniz gözəl ölkəmizin inkişafının rəhnidir. Sizin fəaliyyətimə verdiyiniz qiymət mənim üçün son dərəcə dəyərlidir. Unudulmaz ümummilli liderimiz Heydər Əliyevin xatirəsi önündə baş əyirəm. Taleyimə minnətdaram ki, mənim yaradıcılıq fəaliyyətim Heydər Əliyev tərəfindən ən yüksək səviyyədə qiymətləndirilib və Ulu Öndər məni Əməkdar Artist, sonra Xalq Artisti adları və “Şöhrət” ordeni ilə mükafatlandırıb. Cənab Prezident, Sizi əmin edirəm ki, ömrümün sonunadək ölkəmizə və xalqımıza sədaqətlə xidmət edəcəm.

AzVision.az


Teqlər: Xalq-artisti   Afaq-Məlikova  





Xəbər lenti