İranda prezident seçkiləri keçirilir

İranda prezident seçkiləri keçirilir
  19 May 2017    Oxunub:1552
İranda prezident seçkilərində səsvermə başlayıb.
AzVision.az xəbər verir ki, İran prezidentiliyinə dörd nəfər öz namizədliyini irəli sürüb - hazırkı prezident Həsən Ruhani, ayətullah İbrahim Rəisi, sabiq vitse-prezident Mustafa Həşimi-Taba və mühafizəkar Mustafa Ağa Mirsəlim.

Ölkənin seçki qanunvericiliyinə əsasən, namizədlər qalib gəlmək üçün seçicilərin 50 faizinin səsini toplamalıdır. Əks təqdirdə bir həftə sonra ən çox səs toplamış iki namizədin iştirakı ilə təkrar seçkilər keçiriləcək.

AzVision.az


Teqlər: İran   Seçki  





Xəbər lenti