İmişlidə 3 otaqlı ev yanıb

İmişlidə 3 otaqlı ev yanıb
  19 May 2017    Oxunub:910
İmişlidə yanğın hadisəsi qeydə alınıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərdə vətəndaşa məxsus ümumi sahəsi 96 m2 olan birmərtəbəli 3 otaqlı evdə baş verib. Nəticədə evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 05:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: İmişli   FHN   Yanğın  





Xəbər lenti