Cocuq Mərcanlıda hərbi sursat aşkarlanıb

Cocuq Mərcanlıda hərbi sursat aşkarlanıb
  19 May 2017    Oxunub:1064
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri tərəfindən mayın 18-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 1 494 qəlpə, 1 ədəd partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.
ANAMA-dan AzVision.az-a verilən məlumata görə, nəticə etibarilə 25 357 kvadratmetr ərazi tam təmizlənib, 28 300 kvadratmetr ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

AzVision.az


Teqlər: Cocuq-Mərcanlı   ANAMA  





Xəbər lenti