Gəncədə güclü yanğın olub

Gəncədə güclü yanğın olub
  19 May 2017    Oxunub:1540
Gəncədə yanğın hadisəsi qeydə alınıb.
AzVision.az-ın FHN-nin satına istinadən verdiyi xəbərə görə, yanğın şəhərin Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan birmərtəbəli 4 otaqlı evdə baş verib. Nəticədə evin 3 otağının yanar konstruksiyaları 80 m2 sahədə və ona bitişik tikilmiş digər vətəndaşa məxsus ümumi sahəsi 250 m2 olan birmərtəbəli 4 otaqlı evin dam örtüyü 2 m2 sahədə yanıb. Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 06:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: Gəncə   FHN   Yanğın  





Xəbər lenti