Koalisiya qüvvələri hərbi konvoyu vurub

Koalisiya qüvvələri hərbi konvoyu vurub
  19 May 2017    Oxunub:1375
ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Suriyanın cənubundakı Əl Tanaf bölgəsi yaxınlarında Bəşər Əsədin dəstəklədiyi qüvvələrə aid hərbi konvoy vurub.
AzVision.az-ın “Anadolu”ya istinadən məlumatına görə, hadisə ilə bağlı Pentaqondan yazılı açıqlama verilib.

Açıqlamada qeyd olunur ki, Suriya rejiminin dəstəklədiyi qüvvələrin hərəkəti ABŞ və koalisiya qüvvələri üçün təhdid hesab olunduğundan, bu addım atılıb.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Suriya   ABŞ  





Xəbər lenti