ATƏT Ermənistanla anlaşa bilmədi: Nümayəndəlik bağlanır

ATƏT Ermənistanla anlaşa bilmədi: Nümayəndəlik bağlanır
  19 May 2017    Oxunub:1368
ATƏT-in Daimi Şurası Ermənistanda təşkilatın nümayəndəliyinin mandatının uzadılması ilə bağlı konsensusa nail ola bilməyib.
AzVision.az xəbər verir ki, bu barədə təşkilat məlumat yayıb. Qeyd olunub ki, tərəflər konsensusa gələ bilməyərək mandatın uzadılmasına dair məsələdə ortaq qərara gələ bilməyiblər. Bildirilib ki, bu ilin avqustun 31-də ATƏT-in İrəvan ofisi fəaliyyətini dayandıracaq.

ATƏT-in baş katibi Lamberto Zannierin sözlərinə görə, ofis və onun heyəti ATƏT çərçivəsində Ermənistan hakimiyyətinə yardım göstərilməsi üzrə öhdəliklərin yerinə yetirilməsi istiqamətində töhfələr verib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: ATƏT   Ermənistan  





Xəbər lenti