Texniki baxışın qaydaları dəyişdi
Eyni zamanda dövlət qeydiyyatının aparılması və daimi uçota alınması ilə əlaqədar nəqliyyat vasitəsinin hansı hallarda texniki baxışdan keçirilməyəcəyi də müəyyənləşdirilib. Bu zaman Azərbaycana ilk dəfə dövlət qeydiyyatına alınan nəqliyyat vasitəsinin istehsal olunduğu vaxt əsas götürüləcək. Hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələri, onların qoşqularının və yarımqoşquları istehsal olunduqları vaxtdan dörd il keçməyibsə, dövlət qeydiyyatına alınan zaman texniki baxışdan keçirilməyəcək.
İstehsal olunduqları vaxtdan dörd il keçdikdə – iki ildə bir dəfə, istehsal olunduqları vaxtdan on il keçdikdə – ildə bir dəfə nəfərdə tutulmuş müddətdə vaxtda texniki baxışdan keçirilmişdirsə, bu halda da nəqliyyat vasitəsi dövlət qeydiyyatına alınan zaman texniki baxışdan keçirilməyəcək.
AzVision.az
Teqlər: İlham-Əliyev