"İrad və təkliflər nəzərə alınıb": XİN-dən ÜAK-la bağlı açıqlama

"İrad və təkliflər nəzərə alınıb": XİN-dən ÜAK-la bağlı açıqlama
  18 May 2017    Oxunub:1400
Rusiya Federasiyasının vətəndaşları olan Ümumrusiya Azərbaycanlıları Konqresinin üzvləri ilə təbii olaraq Azərbaycan təmas saxlayır. Necə ki, Ermənistan hökuməti təbii olaraq Rusiya erməni İttifaqının üzvləri ilə təmasdadır.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarovanın Ümumrusiya Azərbaycan Konqresinin ləğvi ilə əlaqədar şərhinə münasibət bildirərkən deyib.

"Məndə olan məlumata görə Rusiya Federasiyasının Ədliyyə Nazirliyi tərəfindən Ümumrusiya Azərbaycanlıları Konqresinin nizamnaməsi ilə əlaqədar irəli sürülən irad və təkliflər nəzərə alınıb. Ümid edirik ki, məsələ üzrə apelyasiya müraciəti müvafiq qayda da baxılacaq və məsələ öz müsbət həllini tapacaq"-deyə o, əalvə edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: XİN   ÜAK  





Xəbər lenti