Olandın böyük qardaşı vəfat edib

18:31   18 May 2017    Oxunub: 288

Fransanın keçmiş prezidenti Fransua Ollandın böyük qardaşı Filipp Olland 64 yaşında xəstəxanada vəfat edib.

AzVision.az "Ria Novosti”yə istinadən xəbər verir ki, o, eksperimentçi cazmen olub, siyasətdən uzaq olub.

Qeyd olunub ki, Filipp Fransanın Kann şəhərində 94 yaşlı atası Jorjla birlikdə yaşayıb. Keçmiş prezidentin qardaşının Fransa sahillərində Lazurda dəfn mərasimi keçiriləcək.

AzVision.az

Teqlər: Fransa    




Rubrikanın digər yazıları