Trampın çıxardığı məmura yeni vəzifə verildi

Trampın çıxardığı məmura yeni vəzifə verildi
  18 May 2017    Oxunub:1228
ABŞ Ədliyyə Nazirliyi mayın 17-də Federal Təhqiqatlar Bürosunun (FTB) sabiq direktoru Robert Mülleri 2016-cı ildə keçirilən prezident seçkilərində “Rusiyanın müdaxiləsi” məsələsinin təhqiqatı üzrə xüsusi prokuror təyin edib.
AzVision.az “Ria Novosti”yə istinadən xəbər verir ki, respublikaçı və demokrat konqresmenlərin bir çoxu Ədliyyə Nazirliyinin bu qərarını dəstəkləyib.

ABŞ Prezidenti Donald Tramp Ədliyyə Nazirliyinin qərarını sərt tənqid edib. Tramp təhqiqatı Amerika siyasətində “ən böyük ifritə ovu” adlandırıb.

AzVision.az


Teqlər: ABŞ  





Xəbər lenti