İrəvan Rusiyadan aldığı silahlardan ƏDV tutmayacaq

17:50   18 May 2017    Oxunub: 345

Ermənistan Rusiyadan silah idxalını asanlaşdırır.

AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, müvafiq qanun layihəsi deputatlar tərəfindən hökumətin mayın 18-də keçirilən iclasında dəstəklənib.

Qanun “Ermənistan və Rusiya arasında müdafiə təyinatlı məhsulların idxalının ƏDV-dən azad edilməsi barədə dövlətlərarası müqavilə” əsasında həyata keçiriləcək. Bundan sonra Rusiyadan alınan müdafiə təyinatlı məhsullar ƏDV-dən azad olunacaq.

AzVision.az

Teqlər: Rusiya   Ermənistan    




Rubrikanın digər yazıları