"Ermənistan ordusunun itkiləri 50 nəfərə yaxındır" - Müdafiə Nazirliyi
“Bunu sübut etmək üçün ordudakı itkilərlə bağlı cari il ərzində Ermənistan KİV-lərinin dərc etdiyi materialları izləmək kifayət edər. Hələ bu da Ermənistan ordusundakı itkilər barədə tam həqiqəti əks etdirmir. Nəzərə alsaq ki, işğal olunmuş əraziləmizdə yaşayan ermənilərdən olan çağırışçılar və buraya dünyanın müxtəlif qaynar nöqtələrindən cəlb edilən erməniəsilli muzdluların qeydiyyatı aparılmır, bu rəqəm xeyli dərəcədə artıqdır”.
Qeyd edək ki, Ermənistanın “Johovurd” qəzeti rəsmi məlumatlara əsasən bildirib ki, 2017-ci ilin yanvar ayından hazırkı dövrə qədər Ermənistan ordusunda 26 ölüm halı qeydə alınıb.
Onlardan 10-nu cəbhə xəttində baş verən atışmada öldürülüb. 16 hərbçi isə intihar, qəza, əsgərlər arasında güllələmə, silahla davranma qaydalarının pozulması və törədilən cinayətlər nəticəsində ölüb.
Hafiz Əhmədov
AzVision.az
Teqlər: Cəbhə Dağlıq-Qarabağ Ermənistan Müdafiə-Nazirliyi