Üç güləşçimiz qızıl medala doğru

Üç güləşçimiz qızıl medala doğru
  18 May 2017    Oxunub:1362
Bu gün IV İslam Həmrəyliyi Oyunlarında yunan-Roma güləşi yarışlarına yekun vurulacaq.
AzVision.az-ın məlumatına görə, yarışların son günü 4 güləşçimizin medal qazanmaq şansı var.

Kamran Məmmədovun (66 kq) final görüşündə rəqibi Qırğızıstan təmsilçisi Janat Kyilbayev olacaq.

I Avropa Oyunlarının qızıl mükafatçısı Elvin Mürsəliyevin (75 kq) finaldakı rəqibi türkiyəli Furkan Bayrakdır.

İslam Abbasov (85 kq) həlledici görüşdə türkiyəli Ali Cengizlə qüvvəsini sınayacaq.

Sabah Şəriəti (130 kq) isə bürünc medal uğrunda Suriya güləşçisi Raja Alkradla görüşəcək.

Qeyd edək ki, yunan-Roma güləşçilərimiz yarışın ilk günündə 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.

AzVision.az


Teqlər: Güləş   İslamiada  





Xəbər lenti